Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Avropa çempionu olub Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində final döyüşlərinə start verilib. Çempionluq uğrunda mübarizədə rinqə ilk olaraq Azərbaycan millisinin üzvü Kənan Babayev çıxıb.
Fərdi
21 Aprel , 2022 13:35
Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan bokçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclərin Avropa birinciliyində çempion olub.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 48 çəki dərəcəsində çıxış edən idmançı finalda polşalı Nikolas Marsel Pavliklə üz-üzə gəlib.

Babayev rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Boksçu əvvəlki raundlarda türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edib.

Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Babayevdən əvvəl 51 kq-dakı Amin Məmmədzadə 3-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi