Azərbaycan boksçusu Alfonso Dominges Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı döyüşə çıxmadan çempion tituluna yiyələnib.
Buna rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.
Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri yığma üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla bitirib.
Həmçinin onlarla yanaşı, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
5 vəsiqə qazanan milli yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu iki ölkə 7 lisenziya qazanıb. Ümumilikdə isə turnirdə 18 ölkə Tokio-2020 üçün lisenziyaya sahib çıxıb.