Poverliftinq idman növü üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, idmançı 42 yaşında dünyasını dəyişib.
Dəfələrlə Azərbaycan çempionu olmuş mərhum həm də respublika rekordçusu idi.
Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusuna yoluxmuşdu və müalicə alırdı. O, Cəlilabad rayonunda yaşayırdı.