Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb.
"Report" xəbər verir ki, Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb.
Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini xeyli qabaqlayaraq 1-ci yeri tuturlar.
Xatırladaq ki, 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub. Daha üç cüdoçu Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) 10-cu pillədə qərarlaşıb.