Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran Pri turnirində bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 52 kq-da yarışan idmançı türkmənistanlı Hakim Ağaməmmədovla qarşılaşıb. Cərimə xalları hesabına qalib gələn Nəcəfov üçüncü yeri tutub.
Beləliklə, Azərbaycan cüdoçuları Qran Prinin ilk günündə 3 medal qazanıblar. Daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran Pri turnirində gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 52 kq-dakı idmançı finalda neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzub.
Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə ağrıdıcı fəndlə məğlub olan Məmmədəliyeva gümüş medalla kifayətlənib.
Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran Pri turnirində final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.
Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da medal görüşünə vəsiqə əldə edib. Qadınlardan isə Leyla Əliyeva (48) bürünc, Gültac Məmmədəliyeva (52 kq) isə qızıl medal görüşünə vəsiqə qazanıb.
Yeri gəlmişkən, Əliyeva uduzaraq yarışı medalsız başa vurub. Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) isə turnirlə daha erkən vidalaşıb.