Azərbaycan gimnastı Avropa çempionatını 7-ci sırada bitirdi

Azərbaycan gimnastı Avropa çempionatını 7-ci sırada bitirdi Nekrasova dayaqla tullanmada 13.933 xal toplayıb
Fərdi
24 Aprel , 2021 17:20
Azərbaycan gimnastı Avropa çempionatını 7-ci sırada bitirdi

Azərbaycanın daha bir idman gimnastı İsveçrənin Bazel şəhərində keçirilən Avropa çempionatının final mərhələsində çıxış edib.

"Report"un məlumatına görə, Marina Nekrasova dayaqlı tullanmada 13.933 xal toplayıb.

O, bu göstəriciyə görə 7-ci yeri tutub.

Qeyd edək ki, daha əvvəl İvan Tixonov çoxnövçülükdə 8-ci yerlə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi