Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” adlı beynəlxalq yarışda Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 gümüş medal qazanıblar.
Fərdi
8 İyul , 2024 13:50
Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 gümüş medal qazanıblar.

"Report"un məlumatına görə, Ağasif Rəhimov ilə Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Daniel Abbasov və Murad Rəfiyevin yer aldığı kişi cütlüyü, Nəzrin Zeyniyeva, Anahita Bashiri, Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu turnirdə birinci yeri tutub.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovun yer aldığı kişi qrupu gümüş mükafatla kifayətlənib.

Son xəbərlər

Orphus sistemi