Azərbaycan gimnastları Misirdə üç qızıl medal qazanıblar

Azərbaycan gimnastları Misirdə üç qızıl medal qazanıblar Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər
Fərdi
19 İyun , 2023 10:28
Azərbaycan gimnastları Misirdə üç qızıl medal qazanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" turnirində üç qızıl medal qazanıblar.

Federasiyadan "Report"a verilən məlumata görə, böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.

Son xəbərlər

Orphus sistemi