Portuqaliyanın Portimao şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının üzvləri daha 4 medal qazanıblar.
“Report” xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası çoxnövçülük proqramında, eləcə də, 5 ip və 5 topla hərəkətlərin icrasında qızıl medal əldə ediblər.
Həmçinin, Şəms Ağahüseynova topla hərəkətlərin icrasında bürünc medala layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl Şəms Ağahüseynova və Nuray Əhmədzadə gənclər arasında komanda hesabında bürünc medal qazanmışdılar.