Norveçin paytaxtı Osloda keçiriləcək güləş üzrə dünya çempionatı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarının 25 medalçısı sifariş olunub.
Dünya Güləş Birliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onların arasında Azərbaycanın yalnız 1 təmsilçisi yer alıb.
Bu, 82 kq çəki dərəcəsində bürünc medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynovdur. Həmin çəkidə digər medalçılar iştirak etməyəcəklərindən, Hüseynov qarşılaşmalara favorit qismində çıxacaq.
Ümumilikdə Tokio-2020-nin sərbəst güləşdə 11 (2 qızıl, 3 gümüş, 6 bürünc), yunan-Roma güləşində 5 (1 qızıl, 1 gümüş, 3 bürünc), qadın güləşində 9 (1 qızıl, 3 gümüş, 5 bürünc) medalçısı mundialda mübarizə aparacaq.
Sərbəst güləş
57 kq. Tomas Patrik Gilman (ABŞ) – bürünc
74 kq. Kayl Duqlas Deyk (ABŞ) - bürünc
86 kq. Devid Morris Teylor III (ABŞ) - qızıl, Hassan Aliazam Yazdanişarati (İran) - gümüş, Artur Nayfonov (Rusiya) - bürünc
97 kq. Abdulrəşid Sadulayev (Rusiya) - qızıl, Kayl Snayder (ABŞ) - gümüş, Abraham de Jezus Konyedo Ruano (İtaliya) - bürünc
125 kq. Geno Petriaşvili (Gürcüstan) - gümüş, Amir Hossein Abbas Zare (İran), Taha Akgül (Türkiyə) - hər ikisi bürünc
Yunan-Roma güləşi
67 kq. Məhəmmədreza Abdolhamid Gərayi (İran) - qızıl
82 kq. Rafiq Hüseynov (AZƏRBAYCAN) - bürünc
87 kq. Zurabi Datunaşvili (Serbiya) - bürünc
97 kq. Məhəmmədhadi Abdollah Saravi (İran) - bürünc
130 kq. Yakobi Kajaya (Gürcüstan) - gümüş
Qadın güləşi
50 kq. Sarah Ann Hildebrandt (ABŞ) - bürünc
53 kq. Bolortuya Bat Oçir (Monqolustan) - bürünc
57 kq. Elen Luis Marulis (ABŞ), Evelina Georgiyeva Nikolova (Bolqarıstan) - hər ikisi bürünc
62 kq. Aysulu Tınıbekova (Qırğızıstan) - gümüş
68 kq. Tamıra Mariama Stok Mensah (ABŞ) - qızıl, Blessinq Oborududu (Nigeriya) - gümüş, Meerim Jumanazarova (Qırğızıstan) - bürünc
76 kq. Adelin Maria Qrey (ABŞ) - gümüş
Qeyd edək ki, dünya çempionatı 2 - 10 oktyabrda keçiriləcək.