Azərbaycan güləşçisi: "Növbəti yarışlarda çempion olacağıma ümid edirəm"

Azərbaycan güləşçisi: "Növbəti yarışlarda çempion olacağıma ümid edirəm" Ümid edirəm ki, növbəti yarışlarda çempion adını qazanaram.
Fərdi
16 Oktyabr , 2024 12:25
Azərbaycan güləşçisi: Növbəti yarışlarda çempion olacağıma ümid edirəm

Növbəti yarışlarda çempion olacağıma ümid edirəm.

Bunu “Report”a açıqlamasında Azərbaycanın veteran sərbəst güləşçisi Elçin Həsənov (70 kq) Xorvatiyanın Poreç şəhərində təşkil olunan dünya çempionatında bürünc medal qazanması ilə bağlı danışarkən deyib.

O, çempionluq şansı əldə etməsinə baxmayaraq, tələskənliyin buna mane olduğunu bildirib:

“Təbii ki, hər kəs yarışa gedəndə qarşısına birinci olmaq məqsədi qoyur. Çempion ola bilərdim. Dünya çempionatının ikiqat qalibi olan amerikalı idmançı ilə görüşdüm və onu məğlub etməyə yaxın idim. Hesabda 4:1 öndə idim. Görüşün bitməsinə 1 dəqiqədən bir az çox vaxt qalmışdı. Vaxtın bitməsini gözləmək lazım idi. Mən isə tələsdim və böyük hesabla qələbə qazanmaq istədim. Hücuma keçən zaman əzildim və boşaldım, nəticədə 4:9 hesabı ilə məğlub oldum. Lakin digər rəqiblərimin hər birinə qalib gələrək bürünc medal qazandım. Növbəti yarışlarda çempion olacağıma ümid edirəm”.

E.Həsənov mundialın təşkilatçılığı ilə bağlı düşüncələrini də bölüşüb:

“Dünya çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Yarışda dünya, Avropa və olimpiya çempionları iştirak edirdi. Hətta bəzi olimpiya çempionları vardı ki, turniri medalsız başa vurdular. Nəticəm pis deyil, daha çox çalışıb səhvləri aradan qaldıracam”.

Qeyd edək ki, Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi