Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.
"Report"un məlumatına görə, Anna Skidan çəkicatma növündə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
30 yaşlı idmançı finalda 70,23 metr nəticə göstərib.
Qeyd edək ki, Anna Skidan 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmraylik Oyunlarında da qızıl medal əldə edib.