Karate üzrə 21 yaşadək qadınlardan və böyüklərdən ibarət Azərbaycan millisinin 3 üzvü Slovakiyanın paytaxtı Bratislavadaki 42-ci Qran-pridə bürünc medal qazanıb.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xumar Əlibəyova (50 kq) 21 yaşadək qadınlarda və böyüklər arasında, İlahə Qasımova (55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) bürünc medal görüşündə qələbəni əldən verib.
Qeyd edək ki, Azərbaycan komandası yarışda 10 idmançı ilə təmsil olunub.