"Turan" futbol klubunun keçmiş prezidenti Tahir Yusifov vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "Turan Tovuz" klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb. Lakin keçmiş funksioner bir müddət öncə koronavirusa yoluxub. Bu isə onun səhhətinin pisləşməsinə gətirib çıxarıb.
Qeyd edək ki, daha əvvəl "Turan"ın digər keçmiş prezidenti Namiq Məstanov korornavirusdan dünyasını dəyişib.