Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Mingəçevir toplanışının sonra Bakıdakı məşqləri də başa vurub.
"Report"un məlumatına görə, Vüqar Əliyevin rəhbərlik etdiyi yığma paytaxtda təşkil olunan toplanışın gedişində 4 yoxlama oyunu keçirib. Voleybolçular Avropa çempionatının iştirakçıları olan Belarus və Macarıstan yığmaları ilə görüşlərdən birində qələbə qazanıb.
Bu gün Yunanıstana yola düşən yığma hazırlıq planına uyğun olaraq yığma avqustun 16-dək bu ölkədə, ardınca Macarıstanda və Bosniya və Herseqovinada hazırlığa qatılacaq, yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq. Bu qrupun oyunları paytaxt Belqradda keçiriləcək.
Oyunların təqvimi
20 avqust
17:00. Azərbaycan - Belçika
21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
17:00. Rusiya – Azərbaycan
24 avqust
20:00. Azərbaycan - Serbiya
25 avqust
17:00. Fransa – Azərbaycan