Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında daha çox medal gözləyirdik

Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında daha çox medal gözləyirdik Avropa çempionatında daha çox medal gözləyirdik.
Fərdi
30 İyun , 2024 17:40
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında daha çox medal gözləyirdik

Avropa çempionatında daha çox medal gözləyirdik.

Bunu "Report"un Sofiyaya ezam olunan əməkdaşına açıqlamasında yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Bolqarıstanda təşkil olunan Avropa çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis oğlanlar arasında komanda hesabında 4 mükafatla ikinci yeri tutduqlarını xatırladıb: "Nihad Məmişovun (55 kq) da qızıl medal qazanacağına ümid edirdik. Dünya çempionu olsa da, burada ilk görüşdə yenildi. Bu cür turnirlərdə hər zaman sürprizlər olur. 81 kq-dakı hər iki idmançımız da güclüdür, amma yer tuta bilmədilər. Ümumiyyətlə, yarışda iştirak edən hər cüdoçumuz perspektivlidir və gələcək vəd edirlər. Əsas istəyimiz odur ki, bu gün yeniyetmələr arasında Avropa çempionatında çıxış edənlər gələcəkdə böyüklərdə mübarizə aparsınlar, zədədən uzaq olsunlar. Hazırkı heyətin yarısından çoxu növbəti Avropa çempionatında da ölkəmizi təmsil edəcəklər. İnanırıq ki, həmin vaxt uğurlarımız daha yaxşı olacaq".

Qeyd edək ki, Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar, komanda yarışını isə mükafatsız başa vurublar.

Son xəbərlər

Orphus sistemi