Azərbaycan millisinin baş məşqçisi: Uğurlarımızın davamını Paris paralimpiadasında gətirmək istəyirik

Azərbaycan millisinin baş məşqçisi: Uğurlarımızın davamını Paris paralimpiadasında gətirmək istəyirik Uğurlarımızın davamını Paris paralimpiadasında gətirmək istəyirik.
Fərdi
14 May , 2024 16:50
Azərbaycan millisinin baş məşqçisi: Uğurlarımızın davamını Paris paralimpiadasında gətirmək istəyirik

Uğurlarımızın davamını Paris paralimpiadasında gətirmək istəyirik.

Bunu “Report”a açıqlamasında Azərbaycanın parataekvondo millisinin baş məşqçi Fərid Tağızadə deyib.

Mütəxəssis yığmanın Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatındakı çıxışı barədə danışıb: “İmaməddin Xəlilovun (70 kq) qızıl, Əbülfəz Abuzərlinin (80 kq) gümüş medal qazanması bizi çox sevindirdi. Sabir Zeynalov (58 kq) da yarışa çox yaxşı hazırlaşmışdı. Döyüşlərini yüksək səviyyədə keçirməsinə baxmayaraq, ona qarşı hakim ədalətsizliyi oldu. Onun qızıl medal qazanacağına çox inanırdım. Ümumilikdə Avropa çempionatındakı çıxışımızı qənaətbəxş hesab edirəm. Üç idmançı ilə qatıldığımız kişilərin yarışında komanda hesabında birinci olduq. Uğurlarımızın davamını Fransada gətirmək istəyirik”.

Qeyd edək ki, İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Sabir Zeynalov (58 kq) Azərbaycan parataekvondo millisinin heyətində Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi