Azərbaycan millisinin Kiyev toplanışı davam edir

Azərbaycan millisinin Kiyev toplanışı davam edir Qadın güləşi üzrə Azərbaycan yığması Ukraynada təlim-məşq toplanışını davam etdirir
Fərdi
16 Fevral , 2021 16:48
Azərbaycan millisinin Kiyev toplanışı davam edir

Qadın güləşi üzrə Azərbaycan yığması Ukraynada təlim-məşq toplanışını davam etdirir.

Federasiyadan "Report"a verilən məlumata görə, fevralın 12-dən Kiyevdə hazırlıq prosesinə start verən millinin heyətində 9 güləşçi yer alıb.

Fevralın 25-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir.

"Konça-Zaspa" Olimpiya Mərkəzində baş tutan toplanışda 12 ölkənin komandası yer alıb. Ukrayna və Azərbaycan yığmaları ilə yanaşı, Türkiyə, Özbəkistan, Moldova, Rumıniya, Bolqarıstan, Litva, Norveç, İsveç, Macarıstan və Belarus milliləri Kiyevdə təşkil olunan birgə toplanışa qatılıb. Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində qurulan hazırlıq prosesi qarşıdan gələn mühüm yarışlara, o cümlədən Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, komandam toplanış başa çatdıqdan sonra 26 - 28 fevralda Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində qüvvəsini sınayacaq. Bu, komandanın 2021-ci ildə qatılacağı ilk yarış olacaq.

Son xəbərlər

Orphus sistemi