Azərbaycan millisinin üzvləri "Horizon Cup"da yüksək nəticələr göstərib

Azərbaycan millisinin üzvləri "Horizon Cup"da yüksək nəticələr göstərib Azərbaycan millisinin üzvləri Yunanıstanın Saloniki şəhərində keçirilən qadın idman gimnastikası üzrə “Horizon Cup” beynəlxalq yarışında fərdi proqram üzrə yüksək nəticələr göstərib.
Fərdi
11 Noyabr , 2024 14:55
Azərbaycan millisinin üzvləri Horizon Cupda yüksək nəticələr göstərib

Azərbaycan millisinin üzvləri Yunanıstanın Saloniki şəhərində keçirilən qadın idman gimnastikası üzrə “Horizon Cup” beynəlxalq yarışının fərdi proqramında yüksək nəticələr göstəriblər.

"Report" Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gimnastlar 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Leyla Məmədzadə qızıl (çöxnövçülük, sərbəst hərəkətlər), Dəniz Əliyeva qızıl (çöxnövçülük, gimnastika tiri) və bürünc (sərbəst hərəkətlər), Aynaz Məcidzadə qızıl (gimnastika tiri) və gümüş (çöxnövçülük, sərbəst hərəkətlər), Aytən Məmmədova qızıl (sərbəst hərəkətlər) və bürünc (çöxnövçülük) medal əldə edib.

Qeyd edək ki, "Horizon Cup" noyabrın 8-10-da keçirilib.

Son xəbərlər

Orphus sistemi