Pekin-2022: Azərbaycan nümayəndələri açılış mərasimində paraddan keçib

Pekin-2022: Azərbaycan nümayəndələri açılış mərasimində paraddan keçib Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Paralimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.
Fərdi
4 Mart , 2022 16:25
Pekin-2022: Azərbaycan nümayəndələri açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Paralimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.

"Report"un məlumatına görə, tədbirdə Dövlət bayrağını yerli Təşkilat Komitəsinin üzvlərindən biri daşıyıb.

Azərbaycan paradda iştirak edən 18-ci ölkə olub. Açılışa komandanın missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov qatılıb.

Tamaşaçılar önündən Belçika birinci, Yaponiya ikinci, Danimarka isə üçüncü keçib.

Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə zədə səbəbindən hələlik Çinə yollana bilməyib. Onun martın 6-a Pekinə səfər edəcəyi gözlənilir. Ramazanzadənin çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi