Azərbaycan paraatletləri Avropa çempionatını 13 medalla başa vurublar

Azərbaycan paraatletləri Avropa çempionatını 13 medalla başa vurublar Azərbaycan paraatletləri Niderlandın Rotterdam şəhərində keçilən Avropa çempionatını 13 medalla başa vurublar.
Fərdi
21 Avqust , 2023 17:32
Azərbaycan paraatletləri Avropa çempionatını 13 medalla başa vurublar

Azərbaycan paraatletləri Niderlandın Rotterdam şəhərində keçilən Avropa çempionatını 13 medalla başa vurublar.

“Report”un məlumatına görə, yığma mötəbər yarışda 4 "qızıl", 4 "gümüş" və 5 "bürünc" qazanıb.

Ümumilikdə 35 idmançımızın qatıldığı turnirdə cüdoçular Şəhanə Hacıyeva, Xanım Hüseynova, həmçinin, taekvondoçular İmaməddin Xəlilov və Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Cüdoçulardan Namiq Abaslı, Dürsədəf Kərimova və İlham Zəkiyev, eyni zamanda, taekvondoçu Röyalə Fətəliyeva ikinci yeri tutublar.

Millinin digər üzvlərindən İsmayıl Muradov, Xatirə İsmiyeva (hər ikisi cüdo), Sabir Zeynalov, Amin Şıxalıyev (hər ikisi taekvondo) və Aybəniz Babayeva (güllə atıcılığı) isə bürünc mükafata yiyələniblər.

Son xəbərlər

Orphus sistemi