Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədə Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov ilə görüşü çərçivəsində imza atılıb.