Azərbaycan Qran-prisi: İlk qalib müəyyənləşib, Lekler sıralama turunda lider olub

Azərbaycan Qran-prisi: İlk qalib müəyyənləşib, Lekler sıralama turunda lider olub "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə yekun vurulub.
Fərdi
11 İyun , 2022 20:41
Azərbaycan Qran-prisi: İlk qalib müəyyənləşib, Lekler sıralama turunda lider olub

"Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə yekun vurulub.

"Report"un məlumatına görə, "Formula 2"də "ART Grand Prix" komandasından Frederik Vesti sprint yarışında bütün rəqiblərini qabaqlayıb.

"Formula 1"də "Red Bull"dan Serxio Peres üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. "Ferrari"dən Şarl Lekler isə sıralama turunun qalibi olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi