"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.
"Report"un məlumatına görə, sayca beşinci dəfə təşkil olunan yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşib.
"Formula 2"də "Hitech Grand Prix" komandasından Yuri Vips sərbəst yürüşdə, onun komanda yoldaşı Liam Louson isə sıralama turunda finişə birinci çatıb.
"Formula 1"də isə "Red Bull" sürücüsü Maks Ferstappen birinci, həmin komandanın digər üzvü Serxio Peres ikinci sərbəst yürüşün qalibi olub.
İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.
Foto: Ehtiram Cəbi