"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb.
"Report"un məlumatına görə, "Red Bull" pilotu Serxio Peres fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Perəsə görə Meksikanın, "Red Bull" komandasına görə isə Avstriyanın dövlət himni səsləndirilib. Qalibə mükafatı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.
Aston Martin"də çıxış edən Sebastyan Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutub.