Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil edəcək

Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil edəcək Azərbaycan Şahmat Federasiyasının Məşqçilər Komissiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil olunacaq.
Fərdi
7 Oktyabr , 2024 12:40
Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil edəcək

Azərbaycan Şahmat Federasiyasının (AŞF) Məşqçilər Komissiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün onlayn seminarlar keçiriləcək.

"Report" AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarlar həftədə 2 dəfə olmaqla 3 səviyyə üzrə 7 fərqli qrupda baş tutacaq.

Seminarlara qatılmaq üçün 40-dan artıq rayon və şəhərdən 342 məşqçi-müəllim qeydiyyatdan keçib.

Onlayn seminarlar oktyabrın 7-dən etibarən start götürəcək və 3 ay müddətində davam etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, AŞF-nin Məşqçilər Komissiyası məşqçilərin qruplar üzrə bölgüsünü iyunda təşkil olunan 2 onlayn sınaq imtahanlarının baza nəticələrini nəzərə almaqla təşkil edib.

Son xəbərlər

Orphus sistemi