Azərbaycan stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində üç bürünc medal qazanıblar

Azərbaycan stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində üç bürünc medal qazanıblar Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirlən “WTT Youth Contender” turnirində bürünc medal qazanıblar.
Fərdi
16 Oktyabr , 2024 09:53
Azərbaycan stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində  üç bürünc medal qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıblar.

Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışda üçüncü yeri tutublar.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi