Azərbaycan taekvondo millisinin baş məşqçisi: Avropa çempionatında ən azı 5 medal gözləyirdik

Azərbaycan taekvondo millisinin baş məşqçisi: Avropa çempionatında ən azı 5 medal gözləyirdik Avropa çempionatından ən azı 5 medal gözləyirdik.
Fərdi
13 May , 2024 18:23
Azərbaycan taekvondo millisinin baş məşqçisi: Avropa çempionatında ən azı 5 medal gözləyirdik

Avropa çempionatında ən azı 5 medal gözləyirdik.

Bunu “Report”a açıqlamasında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev deyib.

Serbiyanın paytaxtı Belqradda keçirilən taekvondo üzrə Avropa çempionatı barədə danışan mütəxəssis yarışdan gözləntilərinin böyük olduğunu bildirib: "Müəyyən taktiki səhvlər və ehtiyatsızlıq finala çıxmağımıza mane oldu. Buna baxmayaraq, idmançılarımız böyük əzmlə mübarizə apardılar. Bürünc mükafat qazananlardan Qaşım Maqomedov yarımfinalda Olimpiya çempionu olmuş İtaliya təmsilçisi ilə üz-üzə gəldi və uduzdu. Əslində bu məğlubiyyəti bir növ yaxşı qiymətləndirirəm. Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunları öncəsi hər şeyi daha yaxşı təhlil etməli və yarışa daha ciddi hazırlaşmalıdır. Cavad Ağayev sırf ehtiyatsızlıq ucbatından finala çıxa bilmədi. Taktiki gedişlərdə müəyyən səhvlərə yol verdi. Finala adlasaydı, qızıl medal qazana bilərdi. Çünki yarımfinalda məğlub olduğu ispaniyalı taekvondoçu həlledici mərhələdəki rəqibini çox asanlıqla məğlub etdi. İnanırıq ki, idmançılarımız bu yarışlardan dərs çıxarıb, qarşıdakı turnirlərə daha ciddi hazırlaşacaqlar".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 2 bürünc medalla bitirib.

Son xəbərlər

Orphus sistemi