Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar Azərbaycan taekvondoçuları Vasif Səlimov və Elcan Əliyev Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.
Fərdi
25 Noyabr , 2024 10:40
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Elcan Əliyev (78) isə bürünc medal əldə edib.

Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.

Son xəbərlər

Orphus sistemi