Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında finala yüksəlib

Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında finala yüksəlib Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
19 Noyabr , 2021 13:25
Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında finala yüksəlib
Mixail Malkin

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdini edib.

Avropa çempionu və dünya yaş qrupları yarışlarının qalibi bu dəfə 37,300 xala layiq görülüb. O, ümumi sıralamada 75,200 xalla üçüncü olub və həlledici mərhələyə vəsiqə qazanıb.

Bu növdə final yarışın sonuncu günündə - noyabrın 21-də gerçəkləşəcək.

13:07

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı təsnifat mərhələsində ilk cəhdini edib.

Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi 37,900 xala layiq görülüb. 3-cü qrupda yarışan Malkin finala vəsiqə qazanmaq üçün ümumi sıralamada ilk "8-lik"də yer almalıdır.

Hazırda rusiyalı Aleksandr Lisitin iki cəhddən sonra 75,800 xalla liderdir. Onun həmyerlisi Vadim Afanasyev 75,500 xalla ikinci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi