Azərbaycan və Gücüstan birgə cüdo yarışları keçirəcək

Azərbaycan və Gücüstan birgə cüdo yarışları keçirəcək Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının (GJF) vitse-prezidenti David Kevxişvilini qəbul edib.
Fərdi
13 May , 2022 17:26
Azərbaycan və Gücüstan birgə cüdo yarışları keçirəcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının (GJF) vitse-prezidenti David Kevxişvilini qəbul edib.

ACF-dən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında cüdo üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qruplarından ibarət milli komandaların birgə təlim-məşq toplanışlarının, beynəlxalq və regional yarışların təşkili barədə razılıq əldə edilib.

R.Nəbiyev ötən ay Beynəlxalq Cüdo Federasiyasının təsis etdiyi Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri, D.Kevxişvili isə direktoru təyin olunub. Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilərək, bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi