Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib

Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib Bu barədə Qış İdman Növləri Federasiyasından bildirilib
Fərdi
18 Yanvar , 2024 11:03
Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib

“Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən homologasiya (yoxlanışdan keçmə) sertifikatı təqdim edilib.

Bu barədə "Report"a Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Bildirilib ki, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi başa çatıb. Prosedurlar FIS tərəfindən təyin edilən ekspertlərin vasitəsilə həyata keçirilib.

Sertifikata əsasən "Şahdağ" Turizm Mərkəzinə Dağ Xizəyinin slalom, qiqant slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilir.

Eyni zamanda, “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə edilməsi imkanı yaradır.

Qeyd edək ki, homoloqasiya xizək və snoubord üzrə idmançıların ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homologasiyadan keçirilməsi vacib amil olaraq qəbul edilir.

Son xəbərlər

Orphus sistemi