Avstriyanın "Zaltsburq" klubunda çıxış edən stolüstü tennisçi Hüseyn Səlimov ailəsi ilə birgə Azərbaycana deportasiya olunacaq.
"Report" "Sn.at" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Valter Vindişbauer açıqlama verib.
Onun sözlərinə görə, ailə fevralın 15-də deportasiya ediləcək. Vindişbauer H.Səlimovun yaxşı inteqrasiya olunduğunu söyləyib. Klub rəsmisi azərbaycanlı idmançının hazırda ən yaxşı stolüstü tennisçilərdən biri olduğunu sözlərinə əlavə edib: "Şənbə günü günortadan sonra altı polis məmuru ailəni Alpenştrassedəki sığınacaqdan götürərək Zaltsburq şəhərindəki orqanlara aparıb".