Azərbaycanda İdman Hüququ mövzusunda ilk tədqiqat işi yazılıb.
“Report” xəbər verir ki, bu, “Kluwer Law International” tərəfindən
Tədqiqat işi Azərbaycanda idman sahəsinin hüquqi tənzimlənməsində tətbiq olunan normativ-hüquqi aktları özündə cəmləşdirir. Eyni zamanda, idman mübahisələrinin həlli mexanizmlərini ehtiva edir. Bu, yalnız Azərbaycanın idman hüququ sahəsinin cari vəziyyətinin əks olunması üçün xidmət etmir, həm də həmin sahənin ölkəmizdə hüquqi tənzimlənməsinin inkişafı məqsədilə gələcək müzakirələr və islahatlar üçün əsas kimi xidmət edəcək.
Əsas müəllif olan Nailə Rza həm beynəlxalq idman hüququ sahəsində təhsil və magistr dərəcəsi alan Azərbaycanın ilk vətəndaşı, həm də idman hüququ sahəsində mütəxəssisləri yetişdirən İspaniyanın məşhur Hüquq və Biznes İnstitutunun (ISDE) ölkəmizdən ilk məzunudur. Xarici İşlər Nazirliyində çalışan N.Rza həmçinin AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədridir.