Azərbaycan gimnastları Nissen Kubokuna qatılıblar

Azərbaycan gimnastları Nissen Kubokuna qatılıblar Azərbaycanı İsveçrənin Arosa şəhərində keçiriləcək batut gimnastikası üzrə 52-ci Nissen kubokunda təmsil edəcək məşqçi və gimanstlar müəyyənləşib.
Fərdi
28 İyun , 2024 12:30
Azərbaycan gimnastları Nissen Kubokuna qatılıblar

Azərbaycan idmançıları İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen Kubokuna qatılıblar.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, yarışda məşqçi Abdulla Qasımovun rəhbərliyi altında 4 gimnast - Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova iştirak edir.

Qeyd edək ki, Nissen Kuboku iyunun 29-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi