Azərbaycanı "Turin Acro Cup” turnirində təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı "Turin Acro Cup” turnirində təmsil edəcək gimnastlar müəyyənləşib Azərbaycanı İtaliyanın Turin şəhərində keçiriləcək akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq yarışında təmsil edəcək gimnastlar müəyyənləşib.
Fərdi
2 İyul , 2024 15:52
Azərbaycanı Turin Acro Cup” turnirində təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı İtaliyanın Turin şəhərində keçiriləcək akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, ölkəmizi yarışda məşqçi İradə Qurbanovanın rəhbərliyi altında qarışıq cütlük Ağasif Rəhimovla Raziyə Seyidli, kişi cütlüyü Daniel Abbasovla Murad Rəfiyev, kişi qrupu Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov, 13-19 yaş kateqoriyası üzrə qadın qrupu Nəzrin Zeyniyeva, Anaita Bəşiri və Zəhra Rəşidova iştirak edəcək.

Yarışda hakim kimi Dürdanə Əhmədova iş başında olacaq.

Qeyd edək ki, beynəlxalq turnir iyulun 5-7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi