Azərbaycan millisinin 10 boksçusu Bakıda keçirilən yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində 1/4 finala yüksəlib.
Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın ilk günündə 4 çəki dərəcəsində döyüşlər baş tutub.
1/8 final mərhələsi çərçivəsində gerçəkləşən görüşlərdə Azərbaycan millisinin 10 boksçusu rinqdən qələbə ilə ayrılıb.
1/8 final
46 kq
Aidos Ussenov (Qazaxıstan) – Əli Əliyev (Azərbaycan) 5:0
Hüseyn Quliyev (Azərbaycan) – Xudaverdi Abidjanov (Qırğızıstan) 4:0
Ramiz Danieli (Gürcüstan) – Fərid Quliyev (Azərbaycan) 3:2
Hikmət Məmmədov (Azərbaycan) – Nurassil Kayrqazi (Qazaxıstan) 2:3
48 kq
Behultan Xujamjar (Qazaxıstan) – Oğuz Həsənov (Azərbaycan) 5:0
Səid Aslanzadə (Azərbaycan) – Vaxtanq Todua (Gürcüstan) 5:0
Dias Saidikarim (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4
Ümid Rüstəmov (Azərbaycan) – İmran Axundov (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib
50 kq
Əflatun İsmiyev (Azərbaycan) – Ülvi Ələkbərov (Azərbaycan) 0:5
Rassul Seidiş (Qazaxıstan) – İsmayıl Rzayev (Azərbaycan) 2:3
Zubair Akramov (Qırğızıstan) – Kərim Sultanov (Azərbaycan) 0:5
Yerdavlet Atayov (Qazaxıstan) – Sergey Zayats (Belarus) 4:1
57 kq
Akzurek Kalabay (Qazaxıstan) – Təşkilat Quliyev (Azərbaycan) 5:0
Tamerlan Əlimzanov (Azərbaycan) – Məhəmmədəli Məmmədli (Azərbaycan) 5:0
Həsrət Mehdiyev (Azərbaycan) – Nihat Ağayev (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Şahin Aslanov (Azərbaycan) – Toğrul Quliyev (Azərbaycan) 5:0
Rizat Tiniştik (Qazaxıstan) – Vasil Nikolayenko (Gürcüstan) 0:5
Qeyd edək ki, turnirin ikinci günündə 18 döyüş keçiriləcək. Final qarşılaşmaları mayın 18-də baş tutacaq.