Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayır Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq
Fərdi
1 Aprel , 2022 09:42
Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 55 kq-da çıxış edən Eldəniz Əzizli Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya), 63 kq-da yarışan Taleh Məmmədov isə Ahmet Uyar (Türkiyə) - Kriştian Keçkemeti (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma 1/4 finala təsadüf edəcək.

77 kq-da mübarizə aparan Sənan Süleymanov 1/8 finalda İlye Koyokarini (Rumıniya) sınağa çəkəcək.

87 kq-da yer alan İslam Abbasovun bu raundakı rəqibi Matey Mandiç (Xorvatiya) olacaq.

130 kq çəki dərəcəsindəki Beka Kandelaki isə təsnifat mərhələsində Mixaylo Vişnivetskiylə (Ukrayna) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.

Yarış aprelin 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi