Azərbaycan badmintonçuları Serbiyada beynəlxalq yarışda 4 medal qazanıblar

Azərbaycan badmintonçuları Serbiyada beynəlxalq yarışda 4 medal qazanıblar Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novı Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Fərdi
23 İyun , 2024 11:11
Azərbaycan badmintonçuları Serbiyada beynəlxalq yarışda 4 medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novı Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, 9 yaşadək bamdintonçu qızların fərdi yarışında Mələk Təhməzli qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib.

Həlledici görüşdə 3 setdə Kipr təmsilçisinə qalib gələn idmançı turnirin qızıl medalını qazanıb.

Ömər Teymurlu isə 13 yaşadək oğlan bamdintonçuların fərdi mübarizəsində finala kimi irəliləyib.

Bu kateqoriyada 4 qələbə qazanan Ö.Teymurlu finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb.

Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi - Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib.

Azərbaycan idmançıları qızıl medalın bir addımlığında macarıstanlı rəqiblərinə uduzaraq bu kateqoriya üzrə ikinci olublar.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi