Bədii gimnastika üzrə Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığması Fransanın Tiye şəhərində keçiriləcək 34-cü beynəlxalq Qran Pridə iştirak edəcək.
Federasiyadan "Report"a verilən məlumata görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv və fərdi gimnast Zöhrə Ağamirova artıq sözügedən ölkəyə yollanıblar.
Bu gün start götürən yarış aprelin 10-dək davam edəcək.