Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.
"Report" xəbər verir ki, yığmanın hesabına növbəti mükafatı Nicat Hüseynov (51 kq) yazdırıb.
Bununla da millinin Sofiyada əldə etdiyi medalların sayı üçə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün daha bir boksçumuz - Murad Allahverdiyev (80 kq) də final qarşılaşmasına çıxacaq.