Azərbaycanın daha bir boksçusu dünya birinciliyində finala yüksəlib

Azərbaycanın daha bir boksçusu dünya birinciliyində finala yüksəlib Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
Fərdi
1 Noyabr , 2024 09:23
Azərbaycanın daha bir boksçusu dünya birinciliyində finala yüksəlib

Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bilalhəbaşi Nəzərovun (48 kq) ardınca Əli Abdullayev (63,5 kq) də yarımfinal görüşündən qalib ayrılıb.

O, finala gedən yolda Camel Cemmalı (Fransa) 4:1 (27:30, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçu qızıl medal uğrunda görüşdə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.

Millinin digər üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Platon Kozlova (Rusiya), Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) məğlub olduqları üçün bürünc medala yiyələniblər.

Qeyd edək ki, daha öncə Aynur Mikayılova (57 kq) dünya birinciliyini 3-cü yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi