Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.
"Report"un məlumatına görə, rəqib Gürcüstan təmsilçisi Luka Maisuradze olub. Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.
Beləliklə, Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran-prisində qızıl medal qazanıb. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl medala sahib olub.