Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.
"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Fransanı təmsil edən erməni Arman Yeloyanla üz-üzə gəlib.
Qvarzatilov rəqibini 9:5 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Onun növbəti rəqibi Georgi Valentinov Vangelov (Bolqarıstan) olacaq.