Azərbaycanın EYOF-da medal sıralamasındakı yeri bəlli olub

Azərbaycanın EYOF-da medal sıralamasındakı yeri bəlli olub Slovakiyanın Banska Bistritsa şəhərində keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın medal sıralamasında neçənci yerdə başa vurduğu müəyyənləşib.
Fərdi
1 Avqust , 2022 10:52
Azərbaycanın EYOF-da medal sıralamasındakı yeri bəlli olub

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan medal sıralamasında 18-ci yeri tutub.

"Report"un məlumatına görə, Azərbaycana 7 medalın (2 qızıl, 4 gümüş, 1 bürünc) hamısını cüdo millisinin üzvləri, eləcə də oğlan və qızlardan ibarət qarışıq komanda əldə edib. Ümumilikdə ölkəni 33 idmançı təmsil edib.

Azərbaycan Qafqaz ölkələri arasında ən yaxşı nəticəni göstərib. 1 qızıl və 6 bürünc medal qazanmış Gürcüstan 24-cü, 3 bürünc medal qazanmış Ermənistan isə 33-cü olub.

Postsovet ölkələri arasında isə bu, ikinci nəticə olub. Ukrayna 6 qızıl, 6 gümüş, və 6 bürünc medalla ümumi sıralamada 7-ci olub.

Ümumilikdə 47 medal (21 qızıl, 12 gümüş, 14 bürünc) qazanan İtaliya 1-ci, 32 medala (9 qızıl, 8 gümüş və 15 bürünc) malik Almaniya 2-ci, 19 medala (8 qızıl, 7 gümüş və 4 bürünc) yiyələnmiş İspaniya 3-cü olub. Meydan sahibi Slovakiya isə 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) yalnız 21-ci ola bilib.

Qeyd edək ki, bundan öncə 2019-cu ildə Bakıda keçirilmiş EYOF-da Azərbaycan 23 medalla (10 qızıl, 7 gümüş, 6 bürünc) 4-cü yeri tutmuşdu. Növbəti festival 2023-cü ildə Sloveniyanın Maribor şəhərində olacaq.

Son xəbərlər

Orphus sistemi