Azərbaycanın tamblinq üzrə gimnastları Tofiq Əliyev və Adil Hacızadə Norveçin Oslo şəhərində keçiriləcək “FaceOFF” beynəlxalq turnirində iştirak edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yarış noyabrın 2-də başlayacaq.