Azərbaycanın güllə atıcısı dünya çempionu olub

Azərbaycanın güllə atıcısı dünya çempionu olub Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.
Fərdi
6 Oktyabr , 2024 21:53
Azərbaycanın güllə atıcısı dünya çempionu olub

Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.

"Report" xəbər verir ki, 50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq mundialın qalibi olub.

Qeyd edək ki, yarış oktyabrın 7-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi