Azərbaycanın iki güləşçisi beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın iki güləşçisi beynəlxalq turnirdə finala yüksəlib Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində finala yüksəlib.
Fərdi
24 Fevral , 2022 17:28
Azərbaycanın iki güləşçisi beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində finala yüksəlib.

"Report"un məlumatına görə, 87 kq-da İslam Abbasov və 130 kq-da Beka Kandelaki qızıl medal uğrunda mübarizə aparacaq.

Abbasov ardıcıl olaraq, Nurbek Xaşimbekov (Özbəkistan), Umut Davudov (Qazaxıstan), və Ali Cengizə (Türkiyə) qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb. Onun finaldakı rəqibi Zurabi Datunaşvili (Gürcüstan) olacaq.

Kandelaki isə Nikolaos Ntunias (Yunanıstan), Rafal Andrey Krayevski (Polşa) və Rza Kayaalpla (Türkiyə) dueldən qalib ayrılaraq finala çıxıb. O, həlledici görüşdə Osman Yıldırımla (Türkiyə) qarşılaşacaq.

60 kq-da yer alan Eldəniz Əzizli ilk turda Firuz Tuxtayevi (Özbəkistan) məğlub etsə də, növbəti görüşdə Ekrem Öztürkə (Türkiyə) uduzub. Əzizli bürünc medal uğrunda qarşılaşmada Qyanender Qyanenderi (Hindistan) sınağa çəkəcək.

63 kq çəki dərəcəsindəki Taleh Məmmədov təsnifat mərhələsində İslamcan Bəhramova (Özbəkistan) məğlub olub. Rəqib finala yüksəldiyindən Məmmədov təsəlliverici görüşlərə qatılıb. Burada Rahman Bilicidən (Türkiyə) üstün olan idmançı 3-cü yer uğrunda Dastan Kadırovla (Qırğızıstan) üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulmuş digər yunan-Roma güləşçiləri İbrahim Nurullayev (55 kq), Namaz Rüstəmov (67 kq) və Murad Lokyayev (97) isə turniri medalsız başa vurublar.

Son xəbərlər

Orphus sistemi