Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçıları Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.
"Report"un məlumatına görə, finalda Mirzəyev ukraynalı Artyom Kolinko, Ağayeva isə portuqaliyalı Ana Korreya ilə qarşılaşacaqlar.
Digər idmançı Orxan Kərimov (BC-2) isə bürünc medal uğrunda qarşılaşmada çexiyalı Yozef Zabka ilə mübarizə aparacaq.
Final görüşü aprelin 7-si saat 19.00-da, bürünc medal uğrunda qarşılaşma isə saat 18.00-da başlayacaq.
Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.