Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub Gənclər arasında keçirilən Avropa birinciliyində daha iki idmançı fəxri kürsüyə qalxıb
Fərdi
13 Noyabr , 2021 21:41
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi.

Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi